Adi sabun xəstəliklər yaradır - Sabunların təhlükəli tərkibi

  • 2018.01.25 16:53
  • 38022 Baxış
Adi sabun xəstəliklər yaradır -  Sabunların təhlükəli tərkibi

Bir sabun dərimizə xəstəlik salır, allergiya yaradır, beyin, qaraciyər, dalaq, gözlərə zərər vurur, onkoloji xəstəliklər yaradır.


Marketlərdə satılan sənaye istehsalı sabunlar - ətirlisindən tutmuş bahalısına kimi tərkibi ilə istənilən canlını məhv etməyə qadirdir. Orqanizmimizə zamanla, aram-aram gizli təsir edən sabunlar bizi kirdən təmizləsə də, əslində ciddi MUTAGENDİR

Hər sabunun etiketində latınca xırda hərflərlə yazılmış uzun bir siyahı əslində əlimizdə kimyəvi bomba tutduğumuzu göstərir, sadəcə önəm vermirik: çoxu neft məhsullarının qalıqları, heyvan yağları, stabilizatorlar, PAB-lar, 

Gəlin, bu maddələrlə tanış olaq:

-Sodium sulfate – SLS – bütün kosmetik məhsullarda var. Təhlükəli kimyəvi maddədir. Göz, beyin, ürək, böyrək, qaraciyər, dalaqda toplana bilir. Mutagendir. Saçları tökür, başda kəpək, qaşıntı yaradır.

-Mineral OİL – texniki yağdır. Məhsulda adları: Propylen, Petrolatum, Solid Oil. Allergiya  yaradır, böyrək və qaraciyərdə dəyişiklik yaradır

-Aluminum – bütün dezodarantlarda istifadə olunur. Aliminium duzu orqanizmə keçir, heç bir yolla çıxmır, sinir uclarını zədələyir, yaddaş, əqli pozğunluğa kimi gətirib çıxarır. 

-Butil, Etil, Metil – onkoloji fəsadlar yaradır

-DEA və ya TEA- təmizləyici maddə. Şampun, kondisioner, üzqırxma geli, duş üçün gellərdə istifadə olunur. Potensial kanserogendir, onkoloji xəstəliklər yaradır

İnsanlar şampunlar, sabunlar, gellərdən istifadə etdikcə, dərinin epidermisi pozulur, nəticədə baş dərisindən tutmuş ayaq dərisinə kimi allergiya, səpki, qaşınma, müxtəlif simptomlar baş qaldırır, insanlar həkimlərə, dermatoloqlara, kosmetoloqlara gedib bu problemdən yaxa qurtarmaq üçün pullar xərcləyir, dərmanlar, bahalı mazlar alır. 

Ona görə keyfiyyətsiz kosmetik və gigiyena vasitəsi alarkən puluna, malına qənaət etmiş olduğunu düşünənlər yanılır. 

Dünyada çox zəngin insanlar bu kimi ucuz kimyəvi sənaye məhsullarından uzaqdır, daha təmiz, bahalı, brend markalar alır. Maddi imkanı zəif olanlar isə bu kimi vasitələrə alternativ təbii vasitələrdən yararlana bilər. Ən azı sabun və şampun seçərkən onun təbiisinə önəm verin.

Saytımızda sağlam, təbii, ev şəraitində düzəldə biləcəyiniz bir neçə resept tapa bilərsiz. 

Xüsusən uşaqları, körpələri tez-tez bu kimi yuyucu vasitələr, sabunlarla yuyundurmayın. 

Adi sabun xəstəliklər yaradır -  Sabunların təhlükəli tərkibi