Adsız barmağı uzun olan kişilər koronavirusa az yoluxur - ALİMLƏR

  • 2020.05.30 17:14
  • 5484 Baxış
Adsız barmağı uzun olan kişilər koronavirusa az yoluxur   - ALİMLƏR


Bu barmağı normadan uzun olanlar və ümumiyyətlə çox uzun olanlar, koronaivrus infeksiyasını ağır keçirmək və ölüm riskini azaldır. Kişilərdə bu barmağın ölçüsü onlarda testosteronun səviyyəsindən asılıdır və bunun göstəricisidir.


Medicina.az xəbər verir ki, bu fikrə Böyük Britaniyanın Suyonsi Universitetinin alim bioloqu Con Menninq elmi məqaləsində gəlib.


Bütün dünyada statistik rəqəmlər göstərir ki, koronavirusdan ölüm kişilərdə daha çoxdur.
Bu fenomenin dəqiq səbəbi hələ məlum deyil, amma alimlər güman edir ki, bu kişi cinsinin fiziloji, bioloji amillərindən, pis gigiyenik və zərərli vərdişlərindən qaynalana bilər. Onların qadınlara nisbətən immun sistemləri daha zəifdir və infeksiyaları ağır keçirirlər.

Belə bu hipotez də var ki, kişilərin qrip kimi ağır infeksiyaları və koronavirusu ağır keçirmələrinə bir səbəbkar da kişi hormonu testosterondur.

Bu ehtimalı yoxlamaq üçün professor Menninq 41 ölkədən 200 min qadın və və kişinin məlumatlarını analizə edib.
Onlar daha çox işarət barmağı ilə (2D), adsız barmaq (4D) arasında uzunluq fərqinin üzərində dayanıblar. Hesab edilir ki, adsız barmağın uzunluğu döl hələ ana bətnində olarkən testosteronun təsirindən qaynaqlanır.

Yəni bir kişidə bu barmaq nə qədər çox uzundursa, bu təsir bir o qədər çox olub.
Bu məlumatları əsas götürərək həmin ölkələrdə koronavirusdan ölən insanların məlumatları tutuşdurularaq, alimlər adsız barmağı uzun olan kişilərdə koronavirusdan ağırlaşma və ölüm riskinin az olduğunu görüblər.

Daha çox Malayziya, Meksika, Rusiya, Sinqapur kimi ölkələrin kişilərində işarət barmağı uzundur.
Ən qısa işarət barmağı isə türkiyə, Argentina, İsrail, Hindistan, Yunanıstan, Böyük Britaniyada olub.

Koronavirusdan ölümə görə orta göstərici də ikinci qrup ölkələrdə daha yüksək olub, nəinki birinci.

Bunun səbəbini izah edən Meninq bildirib ki, ana bətnində dölə testosteronun yüksək təsiri nəticəsində ACE 2 zülal reseptorları sayı artır, bu zülal hüceyələri orqanizmi və ağciyərləri virusların kəskin hücumundan kompensasiya edir və müqaviməti davamlı edir.