Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.
Medicina.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Babayev Emin İsa oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, İcra Hakimiyyətində böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi idi.
Qeyd edək ki, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayevin qardaşıdır.