Ağız gigiyenası üçün vacib addım: bütün orqanizmə faydalıdır

  • 2024.05.22 18:10
  • 422 Baxış
Ağız gigiyenası üçün vacib addım:  bütün orqanizmə faydalıdır
Ağız gigiyenasını qorumaq bir çox xəstəlikdən mühafizə olunmaq üçün vacib addımdır.

Medicina.az xəbər verir ki, diş fırçalamaq, diş ipindən və ya ağız yaxalayıcılardan istifadə etmək təkcə dişləri qorumaq və ya ağız qoxusunu aradan qaldırmaq üçün vacib deyil. Bu addımlar eyni zamanda bütün orqanizmi qoruyur. Çünki sağlamlıq ilk öncə ağızdan başlayır.

Ağız gigiyenası üçün ən faydalı məhsul zənn etdiyiniz kimi diş pastası yox, çox sevilən yağ çeşidlərindən biridir.

Diş pastası, ağız yaxalayıcı sular çox faydalı olsalar da, kimyəvi tərkibləri uzunmüddətli istifadədə orqanizm üçün zərərli ola bilər. Odur ki, bu məhsullarla yanaşı, təbii üsullarla ağız və diş təmizliyini təmin etməyin yollarını tapmaq lazımdır.

Hind qozu yağı ağız gigiyenası üçün bütün dünyada ən çox istifadə edilən məhsullardan biridir. Bu yağın ağız qoxusunu yox etməklə yanaşı bütün ağız boşluğu üçün faydaları var.

Səhər hər hansı bir şey (su da daxil olmaqla) qəbul etməzdən əvvəl 1-2 çay qaşığı kokos yağını 10-15 dəqiqə ağzınızda çalxalayın. Sonra mətbəxdə istifadə etmədiyiniz bir qaşıq və ya dil təmizləyicisi ilə dilinizi təmizləyin. Nəhayət, dişlərinizi fırçalayaraq günə hazırlığı tamamlayın.

Bu üsul gecə ərzində yığılan toksinlərin yağa keçməsini təmin edərək ağız sağlamlığınızı yaxşılaşdıracaq. Gecə boyu ağzınızda yığılan toksinləri təkrar udmamaq bütün orqanizmə faydalıdır. Odur ki, ekspertlər vaxt olmadığını bəhanə gətirməməyi və mütləq bu addımı rutinə daxil etməyi məsləhət görürlər.


Aysel