Ağızda metal dadı müxtəlif səbəblərdən olur.
Medicina.az xəbər verir ki, gigiyena mütəxəssisi Olqa Komova ağızda "metal" dada səbəb olan patologiyaları müəyyən edib:
Ağızda metal dadı ən çox dişlərinin və diş ətlərinin vəziyyəti ilə əlaqəli ağız problemləri olan insanlarda müşahidə olunur:
"Ağızda Metal Dadı müxtəlif səbəblərdən yarana bilər: əsasən gingivit və periodontit kimi ağız gigiyenasının pozulması səbəbindən",.
Komova bu vəziyyətin digər mümkün səbəblərini də sadalayıb.
Mədə-bağırsaq xəstəlikləri
KBB xəstəlikləri (qulaq, boğaz və ya buruna təsir edən)
Dəmir və ya sink əlavələrinin qəbulu
Dr. Komova qeyd edib ki, ağızda metal dadı bəzən xərçəng əlaməti ola bilər - buna görə də, əgər bu, heç bir diş qüsuru olmadığı halda baş verirsə, müayinə üçün həkimə müraciət etmək vacibdir.
Aygün Musayeva