Ağrıya dözə bilməyib həkimə getdi, burnundan 150 ədəd böcək çıxdı

  • 2024.03.16 11:00
  • 871 Baxış
Ağrıya dözə bilməyib həkimə getdi, burnundan 150 ədəd böcək çıxdı
Burun ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən kişinin burnunda çoxlu həşərat aşkar edilib.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Kişinin burnundan ümumilikdə 150 ədəd kiçik böcək çıxarılıb.

"Bunlar mikroskopik həşəratlar deyildi, daha böyük idilər. Təxminən çeçələ barmağımın ucunun ölçüsündə idilər", - deyə HCA Florida Memorial Xəstəxanasının həkimi Devid Karlson bildirib.

Bu vəziyyətin çox nadir rast gəlinən sağlamlıq problemi olduğunu deyən həkim, 20 illik karyerasında belə bir halla daha öncə rastlaşmadığını qeyd edib.


Aysel