Ağstafa sakinləri həkim çatışmazlığından şikayətçidirlər - VİDEO

  • 2024.03.06 22:51
  • 534 Baxış
Ağstafa sakinləri həkim çatışmazlığından şikayətçidirlər -  VİDEO
Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkirlər.

Medicina.az xəbər verir ki, onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur:

“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır. Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-radioloq, ultrasəs həkimi çatışmazlığı ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Hazırda xəstəxanada üç ultrasəs həkimi fəaliyyət göstərir. Hər bir həkim gün ərzində 20-30 pasiyent qəbul edir”.

Ətraflı süjetdə: