Alimlər əzələ toxumasının regenerasiyasının yeni üsulunu icad ediblər

  • 2023.11.12 09:07
  • 1431 Baxış
Alimlər əzələ toxumasının regenerasiyasının yeni üsulunu icad ediblər
Kanadanın “Evolved.Bio” biotexnoloji şirkətinin müxətəssisləri Vaterloo Universitetinin bazasında əzələ toxumasının istehsalı və regenerasiyasının üsulunu icad ediblər. Bunun əhəmiyyətli əzələ zədəsinə malik insanlara yardımçı olacağı güman edilir.

“Report” xəbər verir ki, tədqiqatın nəticələri “Advanced Functional Materials” (AFM) jurnalında dərc olunub.

Alimlər öz texnologiyalarını toxumaların “in vitro” (eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası) modelləşdirməsi üçün karkassız platforma kimi təsvir edirlər. Sonucda alınan biomateriallar daha sonra pasiyentin bədəninə implantasiya edilir.

Platforma müvafiq strukturlar və form-faktorlarla müxtəlif toxuma nümunələrinin yenidən qurulmasına imkan verən tikinti blokları kimi hüceyrə təbəqələrindən istifadə edir.

Tərtibat müəlliflərinin sözlərinə görə, onların yaratdığı üsul insana əldə edilmiş toxumaların orqanizm tərəfindən rədd edilməsinin qarşısını almağa imkan verir, belə ki “in vitro” şəraitdə yaradılmış əzələlər təbii yolla əmələ gələn əzələlərdən fərqlənmir.

Alimlər bu texnologiyadan yüz minlərlə insanıb əziyyət çəkdiyi sağalmaz xəstəlik olan sarkopeniya ilə mübarizə aparmaq niyyətindədirlər. Bu üsul digər sahələrdə, o cümlədən kultivasiya edilmiş (süni mühitdə yetişdirilən) heyvan ətinin istehsalında da istifadə oluna bilər.