Alimlər tez yuxuya getməyin üsulunu tapdı

  • 2022.10.05 14:57
  • 2139 Baxış
Alimlər tez yuxuya getməyin üsulunu tapdı


Alimlər tez yuxuya getmək üçün gözlənilməz effekt barədə açıqlama verib.

"Medicina" xəbər verir ki, İsveçin Upsala universitetinin alimləri sadə üsulu açıqlayıb.

Ağır odeyal və ya yorğan tez yuxuya getməyə kömək edir.

Uzun müddətli müşahidələr göstərib ki, həqiqətən də qədimdən bəli deyilən bu metod işə yarayır.
Körpələr də ana qucağında ona görə tez yatır ki, qolların ağırlığı təsir edir.
Elə ki, onun üzərindən əlini çəkirsən dərhal oyanır.

Son elmi iş böyüklərə ağırlığın təsirini öyrənib.
Ağır odeyal, örtük təşvişi azaldır, yuxusuzluqla mübarizədə kömək edib.
Eksperiment üçün 26 gənc kişi və qadın götürülüb.

Onlar hər gün müxtəlif odeyallar altında yatıblar.

Bundan əlavə onlardan stres və yuxuya aid analizlər götürülüb: melatonin, oksitosin, kortizol.
Ağır odeyal istifadəsindən sonra melatonin səviyyəsinin 30% artdığı sübut olunub.

Bu da normal və asan yuxuya getməyə kömək edib.

Aygün Musayeva