Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər.
Medicina.az xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoydular.
Təsadüfi olaraq təyin olunmuş yeməklər, zeytun yağı, sirkə, yaxud zeytun yağı, sirkə və çörək sodası çilənmiş 100 qram doğranmış salatdan ibarət idi.
Üç halda, sınaq yeməklərindən sonra 50 qram ağ çörək (qan şəkərində kəskin bir artıma səbəb oldu) verildi. Qan şəkəri (qlükoza) səviyyələri yeməkdən əvvəl və yeməkdən 95 dəqiqə sonra ölçüldü.
Tədqiqatçılar qeyd etdilər ki, sirkə qəbulu ilə qlükoza reaksiyaları 31,4% azalıb.
Bu tədqiqatın məhdudiyyətləri var. Birincisi, nümunənin ölçüsü kiçikdir, buna görə də nəticələr daha geniş kütləyə şamil edilə bilməz. İkincisi, test pəhrizi 2-ci tip diabeti olmayan insanlara tətbiq edilmişdir.
"Rafinə edilmiş karbohidratlardan və şəkərdən qaçmaq, şübhəsiz ki, qan şəkərini tənzimləməyin ən təsirli yoludur. Lakin alma sirkəsi içmək də faydalı ola bilər. Alma sirkəsinin tərkibində çox az miqdarda kalium, kalsium və maqneziumdan başqa heç bir vitamin və ya mineral yoxdur. Bununla belə, tərkibində amin turşuları və antioksidantlar var", - deyə diyetoloq İqor Strokov bildirib.
Aygün Musayeva