Altai Maral Sağlamlıq Mərkəzi Xızı

  • 2018.09.03 15:35
  • 17167 Baxış
Altai Maral Sağlamlıq Mərkəzi Xızı
Xızı rayonunda, Altıağac "Cənnət Bağı” İstirahət Mərkəzinin nəzdində, 2015-ci ilin may ayından etibarən fəaliyyət göstərən "Altai Maral” Sağlamlıq Mərkəzində Altaydan gətirilərək Altıağacda təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından – pantlardan – pant vannaları, pant mikroimalələri və maskaları hazırlanır. Burada, həmçinin, fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər həyata keçirilir.


Pant vannaları


Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət təsirlərinə görə məhşurdur. Belə ki, bu vannaların seanslarının qəbulu, müasir həyatın geniş yayılmış problemlərindən olan:


"Xroniki yorğunluq sindromu"nu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır;


Orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik proseslərin intensivliyini artırır, bədənin müdafiə qabiliyyətini gücləndirir, damarlarda mikrosirkulyasiyanı sürətləndirir;


Bütünlüklə ürək-qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, tonusu yüksəldir və arterial təzyiqi tənzimləyir;


Venoz çatışmazlıq və varikoz genişlənmə kimi geridönməz proseslərin inkişafını zəiflədir;


Sidik-cinsiyyət sistemi xəstəliklərinin, məsələn, qadınlarda – klimakterik dövrün pozulması, sonsuzluq, kişilərdə – xroniki prostatitin müalicəsində effektiv təsir göstərir;


Kişilərdə ən müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyi aradan qaldırır;


Osteoxondroz, osteoartroz kimi onurğa və oynaq xəstəlikləri zamanı uzunmüddətli remissiya əldə etməyə imkan yaradır;


Müxtəlif travmalar və əməliyyatdan sonrakı bərpa dövründə sağalma prosesini sürətləndirir.


Pant vannalarından həmçinin:


Mədə-bağırsaq sisteminin – xora, kolit, bağırsaq pozğunluğu kimi xəstəliklərin müalicəsində və piylənmə zamanı;

Bronxial astmanın bərpa dövründə və bronxitlərin müalicəsində;

Kəskin olmayan dövrdə bir sıra dəri xəstəliklərinin – dermatitlərin, dəmrov və ekzemaların müalicəsində geniş istifadə olunur.


Pant maskaları


Üz və dekolte üçün nəzərdə tutulan bu maskalar dərinin yumşalması və dartılması, ləkə və sızanaqların yox edilməsi baxımından əvəzsiz effektə malikdir.


Pant mikroimalələri


Güclü yerli təsirə malikdir və müxtəlif bağırsaq eroziyalarının müalicəsində, prostatitlərdə, həmçinin, cinsi zəifliyin aradan qaldırılması məqsədi ilə geniş istifadə olunur.


Fitoçəlləklərdə buxar prosedurları


Sidr ağacından hazırlanmış fitoçəlləkdə aparılan prosedur zamanı, pant ekstraktı və ya müalicəvi bitki cövhəri buxar vasitəsi ilə təmas etdiyi dərinin məsamələrindən keçərək orqanizmə öz müsbət təsirini göstərir. Bu prosedur zamanı tərləmə yolu ilə bədəndəki toksinlərin, şlakların, kanserogen maddələrin və ağır metal duzlarının xaric olunması prosesi gedir. Orqanizmin ümumi tonusu yüksəlir, qan təzyiqi azalır, qan və limfa dövranı sürətlənir, immun sisteminin fəaliyyəti güclənir.


Kosmetoloji maskalar


Duz və bitki vannaları, aromatik vannalar

Tibbi və antisellülit masajlar


Azərbaycan Respublikası, Xızı rayonu, 

Altıağac qəsəbəsi, "Cənnət Bağı” Şirkətlər Qrupu

Bakı ofisi, M. Muxtarov 5, AZ1001

+99412 492 50 20

+99470 492 50 20


www.altaimaral.az

www.cbgroup.az