Anaflaktik şokdan çıxmaq üçün əl altında nə olmalıdır – Təcili yardım gələnə kimi gec olmasın

  • 2020.02.20 19:34
  • 8700 Baxış
Anaflaktik şokdan çıxmaq üçün əl altında nə olmalıdır –  Təcili yardım gələnə kimi gec olmasın

Bir neçə gün əvvəl Bakıda 17 yaşlı oğlanın evdə vurulan Çeftriaksion antibiotikindən kəskin anaflaktik şoka girərək, təcili yardım gələnə kimi vəfat etməsi xəbəri gündəmdə bir xeyli müzakirə olundu.


Anaflaktik şok təkcə antibiotikə yox, bir çox dərman, hadisə və inyeksiyalara orqanizmin kəskin allergik reaksiyasıdır. Xəstə, zəif insanlarda, uşaqlarda, eləcə də qızdırma zamanı, həmçinin allergen şəxslərdə bu hal baş verə bilər.
Təəssüf ki, anaflaktik şok zamanı həmin dəqiqələr yardım göstərilməsə, sonra gec ola bilər.

Ona görə evdə ailə üzvlərinə hər hansı müalicə etməzdən öncə bu barədə məlumatlı olub, ev aptekində anaflaktik şoka qarşı vasitələrin olması vacibdir.

Medicina.az anaflaktik şok zamanı nələrdən istifadə edəcəyinizi təqdim edir.

Qeyd edək ki, bu məlumatlar həkimlərlə dəqiqləşdirilib.

• Şpris tyubikdə hazır Adrenalin
• Prednizalon
• İstənilən antihistamin preparat
• Dexametazon
• Dimedrol

Adrenalin iynəsi dərhal əzələ daxilinə mümkün qədər dərin vurulur. Daha sonra əzələ daxilinə dimedrol,prednizalon, digər yan əzələyə deksametazon yeridilir.