"Anam dedi ki, koronavirus olduğunu heç kimə demə, yoxsa səni alan olmaz"- 28 yaşlı MƏLƏK

  • 2020.04.17 11:49
  • 7216 Baxış
"Anam dedi ki, koronavirus olduğunu heç kimə demə, yoxsa səni alan olmaz" -  28 yaşlı MƏLƏK


Bu sözləri koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım ( Mələk İldırım ) söyləyib.

O, mart ayının 4-dən 9-na kimi Parisdə koronavirusa yoluxub. Türkiyəyə qayıtdıqdan sonra xəstəliyin əlamətləri özünü göstərib.

Medicina. az xəbər verir ki, 14 gün müddətinə karantinə alınan və müalicə edilən Melek Yıldırım bu müddət ərzində başına gələnləri belə açıqlayıb:

“Türkiyəyə qayıtdıqdan sonra, martın 15-də halım pisləşdi. Məndə öskürək qəti yox idi, amma bütün bədənim ağrımağa başladı və qızdırmam qalxdı. Mart ayının 16-da ad günüm idi və mən xəstəxanaya yatırıldım.

Bir gün sonra koronavirus test nəticəm (+) çıxdı. Türkiyəyə qayıtdıqdan sonra 8 nəfərlə təmasda olmuşdum ki, onlardan 6-sını da bu xəstəliyə yoluxdurmuşdum. 2 nəfərin test nəticəsi mənfi çıxmışdı.

Müalicəmin ilk 3 günü çətin idi. 5-ci gündən etibarən sağalmağa başladım. Bunu demək istəyirəm ki, bir otaqda 13 gün ərzində təkbaşına qalmaq heç də asan deyil.

Karantində olduğum müddətdə atama zəng elədim, “evə gəlmə” dedi. Anam isə danışanda dedi ki, koronavirus olduğumu tanışlar bilməsin, yoxsa evdə qalacam ”.