20 yaşlı qadın bətnindəki övladına qarşı allergiya yarandığını eşiındı dəhşətə gəlib. Məlum olub ki, gələcək ana oğlunun istehsal etdiyi hormonlara reaksiya verə bilmir.
“Medicina” xəbər verir ki, İngiltərənin Ueykfild şəhərində yaşayan Deyl Bayrom səbəbi bilinməyən allergik reaksiya səbəbiylə 20 həftəlik hamilə ikən qəfildən başdan ayağa qırmızı səpkilərlə örtülüb
Deyl heç bir potensial allergenlə qarşılaşmamışdı, pəhrizini dəyişməmişdi və həyatında heç vaxt belə allergiyası olmamışdı.
Ağrı gündən-günə daha da şiddətləndiyindən Deyl hətta sevgilisi ilə abort ehtimalını da müzakirə edir. 30-cu həftədə onun dərisi "od kimi yandı". Deyl normal otura və ya uzana bilmirdi.
“Sanki təbiət özü mənim ana olmağımı istəmir. 10 həkimə müraciət etdim, heç kim mənə bunun səbəbini və necə müalicə edəcəyini deyə bilmədi".
Deyl nəhayət doğuma çatdı. Oğlu Yaqub dünyaya gələndə başqa bir şəhərdəki xəstəxanada dermatoloqa müraciət etdi. O, bunun çox nadir bir hamiləlik allergiyası ola biləcəyini təklif etdi. Həqiqətən, ona adətən yalnız yeni analarda baş verən və gec hamiləlikdə inkişaf edən hamiləliyin polimorfik püskürməsi diaqnozu qoyuldu. Deyldə səpkilərin yaranmasına səbəb oğlunun bədənində istehsal olunan testosterona qarşı allergiya olub.
Bu səpgi hər 300 hamilə qadından birində müəyyən formada inkişaf edir və həkimlər hələ də bunun həmişə doğmamış uşağın cinsi ilə bağlı olub-olmadığını dəqiq bilmirlər. Üstəlik, əkiz və ya üçəm gözləyən analar ən çox səpkilərin qurbanı olurlar.
Aygün Musayeva