Anası və özü koronavirusa yoluxan jurnalist: - “İnanmayanlara demək istəyirəm ki…”

  • 2020.06.03 18:16
  • 3926 Baxış
Anası və özü koronavirusa yoluxan jurnalist:  -   “İnanmayanlara demək istəyirəm ki…”



Supersport.az portalının təsisçisi və baş redaktoru Anar Cəfərsoy koronavirusdan müalicə olunduğu xəstəxanadan evə buraxılıb

.Jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

Xəstəlikdən sağalaraq evə buraxılan jurnalist Modern.az-a hazırkı vəziyyəti və müalicə aldığı dövrlə bağlı danışıb.

Medicina.az onun xəstəliyə necə yoluxması barədə açıqlamasını təqdim edir:

" Mən qayda-qanunlara hər zaman riayət etmişəm, maksimum şəkildə virusdan qorunmağa çalışırdım. Amma xəstəlik anam vasitəsi ilə mənə keçdi. Belə ki, anam tikiş fabrikində çalışırdı. Mayın ilk həftəsi onun vəziyyəti pisləşdi, mən də övlad olaraq onun yanına gedib bir neçə gün ona qulluq etdim. Sonra tibbi yoxlamadan keçəndə onda virus aşkarlandı. Mən də bir neçə gün sonra öz müraciətimlə xəstəxanaya getdim, koronavirus testimin nəticəsi müsbət çıxdı. Anamla karantin müddətində görüşə bilmədim, xəstəxanaya yerləşdirildikdən sonra əlaqə olmadı. Onda əlavə xəstəliklər vardı -şəkərli diabet, böyrəyində problem olduğu üçün dünyasını dəyişdi.

Mən isə 2 həftə ərzində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında müalicə aldım. Xəstəxana müasir standartlara tam cavab verir. Xəstələrə hər gün 3-4 dəfə yüksək səviyyədə yemək verilir, dezinfeksiya işləri görülür.

Koronavirus çox dəhşətli xəstəlikdir. Virus qana keçsə, həyatı risk çoxalır və şəxsin müalicəsi müşkülə çevrilir. Buna görə insanlara çağırış etmək istəyirəm. Virusa inanmayanlara demək istəyirəm ki, mən necə öskürürdümsə, ciyərlərim sanki yerindən qopurdu, şok vəziyyətinə düşürdüm. Hətta xəstəxanada olanda nəfəs almaqla bağlı problemlərim oldu, mənə süni hava verildi. ona görə hamı çalışıb maksimum qorunmalı, ətrafındakıları da qorumalıdır."