Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antikovid tabletlər əsri başlayır - Kovidin dərmanı tapılır?

  • 2021.11.11 16:59
  • 3161 Baxış
Antikovid tabletlər əsri başlayır -  Kovidin dərmanı tapılır?
Dünyada artıq koviddən qoruyan 2 effektiv preparat kəşf edilib.

Medicina.az xəbər verir ki, 2021-ci ildə Merck və Pfizerin yeni antivirus tabletləri buraxılıb. Onlar evdə qəbul etmək üçündür.

Onlardan biri Molnupiravirdir 1 oktyabrda klinik tədqiqatları başa çatan dərmanın ilk günlər qəbul edilərsə xəstəni ağırlaşmaqdan qoruyacağı barədə rəsmi açıqlama verildi.

Dərman həmçinin vaksin olunmamış insanların da ölüm riskini azaldır.

İlk əvvəl bu dərman qrip virusuna qarşı nəzərdə tutulmuşdu, lakin onun kovid geni ilə də birləşib, orqanizmdə çoxalmasını əngəllənməsi sübut olundu

Preparat həm qrip, həm kovidin bütün variantlarına, həmçinin Deltaya qarşı effektivdir.

4 noyabrda ticari adı Laqevrio olan preparatı ilk dəfə Böyük Britaniya tətbiq etməyə başladı.

Dərmanı hökumət test cavabı müsbət çıxan risk qrupundakı insanlara verəcək.

İkinci ölkə isə ABŞ olacaq, onlar 1,5 milyon doza dərman istəyir.

5 noyabrda isə Pfizer “Pakslovid” adlı dərmanının 3-cü faza sınaqlarının nəticələri barədə məlumat verib.

Tədqiqata 1219 nəfər vaksin olunmamış müxtəlif yaş qrupundan insanlar cəlb edilib. Onların hamısında kovidin ağır keçməsi riski var.

İlk simptomlar başlayan 5 gündə onlar hər 12 saatdan bir preparatdan qəbul ediblər. Bu qrupdan cəmi 1% xəstəxanaya aparılıb, amma heç kim ölməyib.

Analizlər göstərib ki, Pakslovidi ilk günlərdə qəbul , ölümü və xəstəxanaya düşməyi 80% azaldır, virusun yayılmasına imkan vermir.


Gözlənilir ki, ABŞ FDA qurumu tezliklə dərmanı qeydə alacaq. Pfizer artıq ölkələri bu dərmanı alıb, tez tətbiq etməyə çağırıb.