“Antivirus çay” – 2 ildir xəstəlik nədir bilmirik

  • 2020.04.12 16:15
  • 4487 Baxış
“Antivirus çay” – 2 ildir xəstəlik nədir bilmirik

Bu çayın reseptini 2 il öncə öyrəndik, həyatımızın möcüzəsini kəşf etdik. O vaxtdan əlimizin altındadır və içdiyimiz müddətdə qrip, zökəm, xəstəlik nədir bilmirik.

Çayın tərkibi immuniteti qaldırır, damarları təmizləyir, gümrahlaşdırır.

Medicina.az bir ailənin sevimli çayı olan antivirus qarışımın reseptini təqdim edir:

1 litr çay üçün lazımdır:

1 çay qaşığı miqdarında: böyürtkən, çiyələk, moruq yarpaqları (qurudulmuş), İvan-çay (hazır satılır), 3-4 ədəd itburnu, yarım çay qaşığı rəndələnmiş zəncəfil, 2 dilim limon

Bitkilərin hamısını iri çaydanda 1 litr qaynar suya qatıb, yun odeyala büküb, 20 dəq dəmlədin.

İçəndə içinə limon dilimləri atın.

Bu çay bol C vitaminli, antioksidant təsirlidir.