Araşdırma: Televizora baxmaq beyini kiçildə bilər

  • 2026.07.28 15:59
  • 100 Baxış
Araşdırma: Televizora baxmaq  beyini kiçildə bilər

ABŞ-də aparılan yeni araşdırma uzun müddət televizora baxmağın beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

Medicina.az xəbər verir ki, tədqiqat zamanı yaşı orta hesabla 53 olan 1700-dən çox insanın məlumatları təhlil edilib.

Təxminən 20 il sonra iştirakçıların MRT müayinələri göstərib ki, boş vaxtlarında televizora tez-tez baxan şəxslərdə yaddaş və idrak funksiyaları ilə əlaqəli beyin nahiyələrinin həcmi daha kiçik olub. Onlarda, həmçinin demensiya və Alzheimer xəstəliyi riski ilə əlaqələndirilən dəyişikliklər daha çox müşahidə edilib.

Alimlər qeyd edirlər ki, araşdırma televiziya izləməyin birbaşa beyin kiçilməsinə səbəb olduğunu sübut etmir. Bununla belə, uzunmüddətli passiv ekran qarşısında vaxt keçirməyin beyin sağlamlığı üçün risk yarada biləcəyi vurğulanır.

Mütəxəssislər televiziya izləyərkən fasilələr verməyi, fiziki aktivliyi artırmağı və oxumaq, öyrənmək, sosial ünsiyyət kimi zehni fəaliyyətləri gündəlik həyata daxil etməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az