Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur

  • 2026.06.15 23:48
  • 210 Baxış
Araşdırmalar şok etdi -  Əqli geriliyə səbəb olur

Şəkərin bədənə vurduğu zərər məlumdur. Lakin bəzi qidalar şəkərdən daha təhlükəli ola bilər.

Medicina.az xəbər verir ki, zərərli təsirləri olan qidalardan biri də biyan köküdür. Biyan kökü bir çox faydalarına görə tez-tez istehlak edilən bitkidir. Lakin tədqiqatlar göstərir ki, biyan kökünün həddindən artıq istehlakı əqli geriliyə səbəb olur.

Biyan kökü qida və içki sənayesində təbii dadlandırıcı kimi istifadə olunur. Biyan kökünün dadı şəkərdən 40 dəfə daha şirindir. Biyan kökündə olan qlisirrizin adlı maddə bədəndə kalium səviyyəsini aşağı salır. Bu, qan təzyiqinin artmasına, baş ağrılarına, yorğunluğa və ödemə səbəb olur. Qlisirrizin həmçinin beyin funksiyalarına mənfi təsir göstərir. Xüsusilə uşaqlarda əqli geriliyə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, biyan kökünün istehlakında ehtiyatlı olmaq lazımdır. Biyan kökü müxtəlif yollarla istehlak edilə bildiyindən, bəzən fərqinə varmadan həddindən artıq qəbul edilə bilər. Bu, sağlamlıq problemlərinə gətirib çıxarar. Hamilə qadınlar, ürək xəstələri və kalium çatışmazlığı olanlar xüsusilə biyan kökünün istehlakından çəkinməlidirlər. Çünki biyan kökü vaxtından əvvəl doğuşa, ürək ritm pozğunluqlarına və əqli geriliyə səbəb olur.

Aygün
Medicina.az