Arıq kişilərin qızları doğulur

  • 2025.10.07 17:38
  • 77 Baxış
Arıq kişilərin qızları doğulur


Kişinin (atanın) çəkisi doğulacaq övladın cinsiyyətinə təsir edir.

Qız istəyən ailələr kişinin çəkisini diqqətlə izləməlidir. Araşdırmalar göstərib ki, kişilərdə artıq çəki oğlan uşaq sahibi olma ehtimalını xeyli artırır.


“Medicina” xəbər verir ki, Çindən olan tədqiqatçılar, artıq çəkili və kök kişilərin oğlan atası olma ehtimalının çox olduğunu müəyyən ediblər. Kişinin artıq çəkisi onun uşaq atası olma ehtimalına təsir etməsə də, gələcək uşağın cinsinə təsir edir.

Bu araşdırmanın nəticələri bir qədər təəccüblü görünə bilər, lakin elm adamları oğlan və ya qızların doğulmasına stressdən tutmuş yeməyə qədər müxtəlif amillərin təsir etdiyini sübut etdilər.


Çin alimləri sonsuzluq müalicəsi alan 8500 cütlüyün monitorinqini aparırlar. Onlar kişi çəkisinin oğlan və ya qız övladı olma ehtimalına təsirinin olub-olmaması ilə maraqlanıblar.


Ümumiyyətlə, həmişə qızlardan bir qədər çox oğlan doğulur. Bunun körpəlikdə oğlan uşaqlarının daha yüksək ölüm nisbətini kompensasiya etdiyi güman edilir.

Tədqiqat dövründə arıq kişilərdən 611-də oğlan və 569 qız dünyaya gəlib, yəni oğulların sayı ənənəvi nisbətə uyğun olaraq 7% çox olub.


Bununla belə, artıq çəkili və kök kişilər 27% daha çox oğlan uşağı atası olublar ki, bu da mövcud statistikadan əhəmiyyətli dərəcədə fərqlənir.


Aygün Musayeva



Arıq kişilərin qızları doğulur