Arıqlama əməliyyatı etdirdi, bütün dişlərini itirdi FOTOLAR

  • 2020.11.04 09:09
  • 25251 Baxış
Arıqlama əməliyyatı etdirdi, bütün dişlərini itirdi  FOTOLAR

Elis adlı britaniyalı qadın arıqlamaq üçün edilən mədə baypas əməliyyatından sonra dişsiz qalıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, 39 yaşlı qadın çox kökəldiyi üçün etdirdiyi əməliyyatın nəticələrindən əvvəlcə məmnun qalıb. O, 11 ayda 80 kiloqram arıqlayıb.

Ancaq bundan sonra Elisin səhhəti pisləşib, dişləri yavaş-yavaş tökülməyə başlayıb. Xəstənin özünün dediyinə görə, bu, baypas əməliyyatının yan təsiri olan turşu reflü səbəbindən baş verə bilər. Qadının dişlərində sürətlə karies yaranıb. Nəhayət sentyabr ayında həkimlər qadının son 11 dişini çıxarıb.

Bundan əlavə, britaniyalının vəziyyəti Elers-Danlos sindromu ilə (oynaqlar çox elastikləşir, dəri hiperelastik və incə hala gəlir) ağırlaşdı. Elisin sözlərinə görə, hamamdan çıxmaq belə budun çıxmasına səbəb olub.

Hazırda qadın ağrıları azaltmaq üçün morfin qəbul edir.