Arıqlama iynələri ilə bağlı xəbərdarlıq

  • 2025.11.22 08:00
  • 58 Baxış
Arıqlama iynələri ilə bağlı  xəbərdarlıq

Arıqlama iynələri üçün həkim nəzarəti vacibdir.



Medicina.az xəbər verir ki, mütəxəssislər son zamanlar məşhur arıqlama metoduna çevrilən "arıqlama iynələri" kimi tanınan dərmanların istifadəsi ilə bağlı xəbərdarlıqlar edirlər.

Türkiyəli dosent Dr. Qamze Akkuş qeyd edib ki, bu dərmanları həkim məsləhəti olmadan qəbul etmək müxtəlif yan təsirlərə səbəb ola bilər:

"Arıqlama iynələri diabet xəstələri və piylənmə xəstələrinin müalicəsində əhəmiyyətli uğurlar göstərib. Bu dərmanlarla bağlı bizim üçün ən böyük problem onların asanlıqla və sərbəst şəkildə qəbul edilə bilməsidir. Mütləq həkim tərəfindən təyin olunmalıdır. Xəstə üzərində əvvəlcədən müəyyən testlər aparılmalı, yan təsirlər izah edilməli və dərmanın dozası həkim nəzarəti altında müəyyən edilməlidir".

Aygün
Medicina.az