Arıqlama iynələrinin maraqlı təsiri - Boşandırır

  • 2026.04.11 16:09
  • 329 Baxış
Arıqlama iynələrinin maraqlı təsiri -  Boşandırır

Yeni dərc olunmuş bir araşdırmaya görə, arıqlama iynələri ilə sürətlə arıqlayan insanlar boşanma nisbətlərində artım müşahidə ediblər.

Medicina.az xəbər verir ki, arıqlama iynələrinin başqa bir yan təsiri ortaya çıxıb.

Lakin bu təsir bədəndə deyil, münasibətlərdə müşahidə edilib.

Araşdırmalar göstərir ki, sürətlə arıqlayan insanlar həyat yoldaşlarından boşanma ehtimalı demək olar ki, iki dəfə çoxdur.

Arıqlamanın münasibətə baxışını tez-tez dəyişdirdiyi irəli sürülür.



İsveçdə aparılan bir araşdırma, Ozempic və ya Mounjaro kimi üsullarla sürətli arıqlama yaşayan insanlar arasında boşanma nisbətlərinin artdığını ortaya qoyub.

Tədqiqatda iştirak edən 12.531 evli insanın 14,4%-i arıqlama iynələri istifadə etdikdən sonra altı il ərzində boşanıb.

"The Spectator" jurnalında dərc olunan bir hesabata görə, araşdırmaya rəhbərlik edən Göteborq Universitetindən Per-Arne Svensson boşanma nisbətlərinin qarşıdakı illərdə arta biləcəyini bildirib.

Aygün
Medicina.az