Türkiyədə arıqlamaq üçün həkimə müraciət edən qadın xərçəng xəstəliyinə tutulduğunu öyrəndi.
Medicina.az xəbər verir ki, Bursanın Osmanqazi şəhərində yaşayan Yasemin Çelik arıqlamaq istəyirdi.
44 yaşlı Yasemin Çelik diyetoloq xidmətləri üçün Osmanqazi Sağlam Həyat Mərkəzinə müraciət etdi.
Yaşına görə döş xərçəngi müayinəsindən (mammoqrafiya) keçməli olduğu bildirildi və Çelik müayinədən keçdi.
Nəticələr çıxdıqdan qısa müddət sonra, testlərində birinci mərhələli döş xərçəngi əlamətləri göstərən Çelik əlavə müayinə və müalicə üçün xəstəxanaya göndərildi.
Çelik 2025-ci ilin avqust ayında Osmangazi Sağlam Həyat Mərkəzinə diyetoloq qəbuluna müraciət etdiyini bildirərək dedi: "Doktor Büşra mənə mammoqrafiya etdirməyi məsləhət gördü. Həmin vaxt nəticələr çıxanda mənə birinci mərhələli döş xərçəngi diaqnozu qoyuldu.
Müalicəm hazırda davam edir. KETEM heyətinə və Sağlam Həyat Mərkəzi heyətinə çox təşəkkür etmək istəyirəm. Əgər onlar məni yönləndirməsəydilər, hazırda çox fərqli bir vəziyyətdə ola bilərdim.
Erkən diaqnoz həyat xilas edir. Hər kəsə qorxmadan KETEM-də müayinələrini etdirməyi tövsiyə edirəm. Hər kəsə təşəkkür edirəm."
Aygün
Medicina.az