Artıq çəki dizdə kirəclənmə yaradır

  • 2018.03.06 11:01
  • 19398 Baxış
Artıq çəki dizdə kirəclənmə yaradır
Artıq çəki diz kirəclənməsi və duzlaşma riskini artırır.


Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Bursa şəhərində yerləşən özəl xəstəxananın travmatoloqu Burak Demirağ məlumat verib. Onun sözlərinə görə, artıq çəkilər cavan yaşda diz kirəclənməsinə səbəb olur.


Mütəxəssis, oynaq ağrılarının səbəbinin oynaq qığırdağının quruluşunun pozulması, incəlməsi və əriməsi ilə əlaqəli olduğunu qeyd edib:


"Kirəclənmə gənc ya da yaşlı hər kəsə eyni dərəcədə təsir göstərir. 60 yaşdan sonra isə daha aktiv şəkildə özünü biruzə verir. Çəkinin çox olması, diz oynağında travmaya səbəb olur. Bundan əlavə diş oynağından çox istifadə edildiyi zaman da ağrıların ortaya çıxması tezləşir”.


Mütəxəssis, genetik faktorun da xəstəliyin yaranmasında rolu olduğunu söyləyib.


"Mütəmadi olaraq təkrarlanan eyni hərəkətlər, uzunmüddət ayaqda qalmaq, idmanla məşğul olmamaq da dizlərdə duzlaşma və kirəclənmə yaradır”,-deyə Demirağ vurğulayıb.

 

Şəhanə Quliyeva