Aspirin ən təhlükəli narkotikdir- Məşhur həkim

  • 2025.09.10 12:32
  • 92 Baxış
Aspirin ən təhlükəli narkotikdir - Məşhur həkim

İnsanlar üçün ən təhlükəli dərmanlardan birincisi Aspirindir.


“Medicina” xəbər verir ki, həkim Aleksandr Myasnikov bunun səbəbini “Ən Vaciblər Haqqında” verilişinin efirində izah edib.


"Bu gün daha çox insanı öldürən ən təhlükəli narkotik, nədir? Budur, Aspirin".


Həkimin izah etdiyi kimi, aspirin beyin qanaması və ağır qanaxmalara səbəb ola bilər.


Myasnikov qeyd edib ki, onun xaricdə istifadəsi bir insanın həyatı üçün təhlükə yaradan damar daralması olmadığı hallarda göstərilmir.

Myasnikov ilk dəfə deyil ki, aspirin haqqında xəbərdarlıq edir, belə bir dərmanı yalnız həkim təyin etdiyi kimi qəbul etmək olar.

Əks təqdirdə, mədə-bağırsaq traktında da daxil olmaqla, qanaxma riski çoxdur.
Myasnikov əvvəllər qeyd etnişdi ki, dərman 3% hallarda öldürür və onun istifadəsinin riskləri çox vaxt faydalarından üstün ola bilər.

Kardioloq Vadim Zəkiyev də öz növbəsində aspirindən düzgün istifadənin təkrarlanan işemik infarkt və insultlardan qoruya biləcəyini qeyd edərək, onun istifadəsini yalnız həkimin təyin edə biləcəyini qeyd edib.


Aygün Musayeva