Astma, bronxiti olanlar bu bulyondan içsin

  • 2023.02.27 16:55
  • 1513 Baxış
Astma,  bronxiti olanlar bu bulyondan içsin

Endokrinoloq Yelena Syurakşina bildirib ki, toyuq bulyonu bronxitin, astmanın, pnevmaniyanın müalicəsində böyük rol oynayır.


“Medicina” xəbər verir ki, təbii toyuq bulyonunda orqanizmdə maddələr mübadiləsini normallaşdıran və mərkəzi sinir sisteminə müsbət təsir göstərən, yuxu pozğunluğu və depressiyaya kömək edən “B” qrup vitaminləri var.

O, həm də zəngin mineral mənbəyidir - kalsium, maqnezium, kalium, fosfor, sink və başqaları.


Damar və immun sistem üçün vacib olan toyuq bulyonunda doymamış yağ turşularında var.

Təbii toyuq bulyonunun əsas üstünlüklərindən danışan həkim aşağıdakı xüsusiyyətləri sadaladı :

- Dərini cavanlaşdıran kollagenin səviyyəsinin artırılması, oynaqların və qığırdaqların bağlarını gücləndirir.
- Sümük toxumasının, dişlərin möhkəmlənməsi.

- Oynaqların və əzələlərin vəziyyətinin yaxşılaşdırılması.
- Ürək və qan damarlarının işinə dəstək verir.

- Mədənin turşuluğunun azaldılması, qastritdən, mədə xorasından, ürək yanmasından xilas olmağa kömək edir.
- SARS, bağlanmış bağırsağın sağalmasına yardım edir.


Mütəxəssislər toyuq bulyonunun tərkibində biokimyəvi maddə olan “karnozin” antioksidantı aşkar ediblər. Bu da soyuqdəyməyə qarşı təsir edir.

Lakin toyuq bulyonu böyrək daşı xəstələrinə qəti qadağandır.

Günay