Aviaşirkətlər biletləri QR kodla satacaq

  • 17 Noy 2021 14:48
  • 221 Baxış
Aviaşirkətlər biletləri QR kodla satacaq


Təkcə Rusiya deyil, həm də ölkəyə reyslər həyata keçirən xarici aviaşirkətlər biletləri QR kodlardan istifadə etməklə satmalı olacaqlar.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Nəqliyyat Nazirliyi yayıb.


Dövlət Dumasına təqdim edilən qanun layihəsinə uyğun olaraq, yeni tələb fevral ayından qüvvəyə minməlidir. Eyni zamanda, nazirlik qanun layihəsinin təsdiqindən sonra gəlirlərinin bir hissəsini itirə biləcəyi üçün yerli aviadaşıyıcılara subsidiyaların ayrılması imkanını nəzərdən keçirir.

Xatırladaq ki, COVID-19 virusunun yayılması ilə mübarizə üçün sərt tədbirlər təkcə Rusiyada deyil. Fransa, İtaliya, İsrail, Kanada və Çində də sərnişinlərdən daxili reyslər daxil olmaqla QR kodların təqdim edilməsi tələb olunur. /apa.az/