"Avqustun 5-dən bütün məhdudiyyətləri götürə bilmərik" - VİDEO

  • 2020.07.30 08:48
  • 11028 Baxış
"Avqustun 5-dən bütün məhdudiyyətləri götürə bilmərik"  - VİDEO
“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır”.

Bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronovirus İnfo”da deyib: Yoluxma sağalma saylarından danışan deputat bildirib ki, belə getsə yaxşı nəticələr əldə edə bilərik.

“Çox vaxt valideynlər mənə təhsillə bağlı sual verirlər ki, sentyabrın 15-dən sonra dərslər başlayacaqmı?

Azərbaycan dövləti nadir ölkələrdən biridir ki, yoluxanlar arasında uşaqların sayı, demək olar ki, sıfırdır. Biz 1 milyon 500 min şagird-müəllim kollektivini qoruya bilmişik. Bu çox ciddi bir nəticədir.

Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik.Güc birlikdədir. Bu şüar altında hamı birləşib.
Ancaq bizim məqsədimiz müharibəni udmaqdır və müharibə tək bizim ölkəmizdə, cəbhəmizdə deyil, dünyanın 190 ölkəsindədir. İndiki zamanda karantin nəticələri müstəbtyönümlüdür".

Modul xəstəxanaların açılışından danışan deputat dövlətin ən pis vəziyyətə də hazırlaşdığını deyib.