Avropa Beynəlxalq Hospitalı müasir tibbi texnologiyalarla təchiz olunmuş Radiologiya şöbəsində Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) xidmətlərini yüksək dəqiqlik və beynəlxalq təhlükəsizlik standartları ilə təqdim edir.
Medicina.az xəbər verir ki, hospitalda tətbiq olunan innovativ diaqnostik avadanlıqlar və peşəkar radioloq komandası sayəsində pasiyentlər sürətli, komfortlu və etibarlı müayinə imkanından yararlana bilirlər.
Kompüter Tomoqrafiyası (KT) qısa müddətdə orqan və toxumaların detallı görüntülənməsini təmin edərək travmalar, daxili qanaxmalar, ağciyər və sümük patologiyalarının erkən aşkarlanmasında mühüm rol oynayır. Xüsusilə təcili tibbi hallarda sürətli nəticə verməsi ilə seçilən KT müayinəsi diaqnostik prosesin vacib hissəsidir.
Maqnit Rezonans Tomoqrafiyası (MRT) isə ionlaşdırıcı şüa istifadə etmədən həyata keçirilir və beyin, onurğa, oynaqlar, eləcə də yumşaq toxumaların daha dəqiq qiymətləndirilməsinə imkan yaradır. MRT müayinəsi yüksək keyfiyyətli görüntüləmə imkanları ilə bir çox nevroloji və ortopedik problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir.
Hospitalda hər bir pasiyent üçün fərdi yanaşma tətbiq olunur, müayinələr rahat və təhlükəsiz şəraitdə həyata keçirilir, nəticələr isə qısa müddətdə təqdim edilir. Mütəxəssislər vurğulayırlar ki, KT və MRT müayinələrinin seçimi pasiyentin şikayətinə və həkim tövsiyəsinə uyğun müəyyənləşdirilir.
Şöbədə müayinələr tanınmış radioloq Dr. Ayaz Hidayətov tərəfindən aparılır.
Avropa Beynəlxalq Hospitalı erkən diaqnostikanın düzgün müalicənin əsasını təşkil etdiyini ön plana çəkərək, müasir radioloji xidmətlərlə pasiyentlərin sağlamlığının qorunmasına töhfə verməyə davam edir.