Avropada çörəyə bu element məcburi əlavə ediləcək

  • 2025.10.22 09:28
  • 161 Baxış
Avropada çörəyə bu element məcburi    əlavə ediləcək


Böyük Britaniya hakimiyyəti əhaliyə satışa çıxarılan çörəyə fol turşusu – B6 vitamini əlavə etməyi planlaşdırır.

Bunun anadangəlmə qüsurlarla doğulmanın qarşısı alınacağı gözlənilir.


“Medicina” xəbər verir ki, bu addım onilliklərdir müzakirə olunur və indi rəsmilər çörəyin tərkibindəki fol turşusunun hər il onlarla uşaqda anadangəlmə qüsurların qarşısını ala biləcəyi ilə razılaşırlar.

Müvafiq qaydalar qəbul edildikdən sonra onun bütün ağ və qəhvəyi unlara əlavə ediləcəyi bildirilir.

Folatın sintetik versiyası bədənin sağlam qırmızı qan hüceyrələrini istehsal etməyə kömək edən qida maddəsidir.

Fol turşusu brokkoli və Brüssel kələmi kimi yaşıl tərəvəzlərdə olur, lakin hamilə qadınlar əhəmiyyətli dərəcədə yüksək doza tələb edir.

Fol turşusu çatışmazlığı sinir nevroloji qüsurları, o cümlədən spina bifida ilə əlaqələndirilir, bu zaman körpənin sinir borusu ana bətnində düzgün inkişaf etmir və iflicə səbəb ola bilər.

Digər patologiyalara anensefaliya daxildir, körpənin beyin və kəllə hissəsi olmadan doğulması, çox vaxt ölümlə nəticələnir.


Hələ 2006-cı ildə aparıcı Britaniya alimləri yerli unun fol turşusu ilə zənginləşdirilməli olduğunu bəyan etmişdilər, lakin hökumət son həftələrə qədər bununla bağlı tədbir görməyib.

Aygün M