Avropada qızılca xəstəliyi 4 dəfə artıb- Bu, faciədir

  • 2018.02.22 16:23
  • 39281 Baxış
Avropada qızılca xəstəliyi 4 dəfə artıb-  Bu, faciədir
Dünya Səhiyyə Təşkilatı 2017-18 – ci illərdə Avropa ölkələrində qızılcanın atmasından narahatlığını bildirir. Buna səbəb insanların peyvənddən yayınması və etdirməməsidir. 


Medicina.az xarici mətbuata istinadən bildirir ki, 2017-ci ildə bu infeksiyaya 21315 nəfər yoluxub ki, onlardan 35-i vəfat edib. Halbuki 2016-cı ildə bu rəqəm 4 dəfə az idi. 

Böyük yayılma əraziləri : Rumıniya, İtaliya, Ukrayna kimi ölkələrdədir. Bu ölkələrdə əhalinin immunizasiyası kəskin aşağı düşüb, səhiyyə təşkilatları bu sahədə çox pis işləyib. 


Artıq Rusiyada da ötən illərə nisbətən qızılca yoluxmaları 4,5 dəfə çoxalıb: daha çox Dağıstan, Çeçenistan və Moskva viyalətində güclü qığılcımlar qeydə alınıb. 


" Harda yaşamasından asılı olmayaraq, peyvənd olunmayan uşaqlar və böyüklər risk zonasına daxildir. Onlar ətraf üçün yoluxma mənbəyidir. Bu rəqəmlər faciədir, bununla barışmaq olmaz” – deyə Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Jujanna Yakab bildirib. 

Ümumdünya Səhiyyə Təşkilatının məqsədi qızılca və məxmərək kimi uşaqların həyatına təhlükə yaradan infeksiyaları tamamilə və həmişəlik aradan qaldırmaqdır.