Ayağınızdan pis qoxu gəlirsə bunları edin

  • 2019.02.06 11:09
  • 14250 Baxış
Ayağınızdan pis qoxu gəlirsə bunları edin


 

Ayaqdan iy gəlməsi sosial problem olamaqla yanaşı, həm də sağlamlıq problemidir. Bəs ayaq qoxusunu necə yox etmək olar?  




Medicina.az bunun yollarını açıqlayır?




Corabsız gəzin 




Evdə corabla gəzdikdə o, bütün bakteriyaları toplayaraq ayaq basdığınız hər tərəfə yayır. Bu səbəbdən də evdə corab və çəkələk geyinmədən gəzin. Bu, sizin ayağınızdan pis iy gəlməsinin qarşısını alacaq.




Corablarınızı tərs tərəfindən yuyun 




Coraplarınızı tərs  yuduğunuzda həm qoxusu yaxşı təmizlənir, həm də ayaqlara bakteriya yoluxdurmağın qarşısı alınmış olar. 




Ayaqlarınıza dezodorant vurun 




Dezodorantlar tərləməyin qarşısını alan maddələrdən ibarətdir.  Bu səbəbdən də  ayaqlarınıza dezodorant vurmaq, ayaqlarınızın tərləyərək pis iy gəlməsinin qarşısını alacaq. 




Ayaqlarınızı dəsmalla qurulayın




Ayaqlarınızı yuyan kimi onları dəsmalla qurulayın. Beləliklə ayaqlarınızda göbələk və bakteriyaların artması səbəbindən meydana çıxan pis qoxunun yaranmasının qarşısını almış olacaqsınız. 




Alma sirkəsi 




Ayaqlarınızdan pis qoxunun getməsi üçün onları alma sirkəsi əlavə edilmiş su ilə vanna edin. Suya bir miqdar sirkə əlavə edib qarışdırın və ayaqlarınızı bu suda 10 dəqiqə saxlayın. 




Ayaqqabılarınızı mütləq quru saxlayın




Ayaqqabıları çıplaq ayağa geyinmək ayaqları tərlətdiyi üçün həm ayaqqabılara nəm verir, həm də ayaqlardan pis iy gəlməsinə səbəb olur. Bu səbəbdən də ayaqqabılarınızın quru olmasına diqqət edin. 




Arzu

Medicina.az