Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqyalın gəzən uşaqlar sağlam və ağıllı olur – Yeni araşdırma

  • 2018.07.14 18:32
  • 15181 Baxış
Ayaqyalın gəzən uşaqlar sağlam və ağıllı olur –  Yeni araşdırma
Professor Astrid  Zexin rəhbərliyi ilə aparılan araşdırmada körpəlikdən ayaqyalın gəzməyə alışmış uşaqlarda 6-10 yaşında əqli, zehni və fiziki inkişag göstəricilərinin yüksək olduğu sübut olunub.


" İnsanın ayaqları ayaqqabıya sonradan alışdırılıb. Ayaqların fiziologiyası ayaqyalın gəzməyə daha çox ehtiyac duyur və təbii halıdır. Ayaqyalın gəzmiş uşaqların yerişi, qaçış və tullanış kimi hərəkətlərin biomexanikasında daha çox aktivlik olur”.


Təcrübəyə 810 uşaq  cəlb olunub. Uşaqlar müxtəlif ölkələrdən idi: Afrikadan, Almaniyadan. Afrikada olan uşaqlar 6-7 yaşa kimi daha çox ayaqyalın gəzən uşaqlardır. Almaniyadan olanlar isə elə 1 yaşından ayaqabbıya öyrəşib.


Uşaqlar testlərdən keçilir, onların həm ayaqyalın, həm də ayaqqabı ilə bəzi hərəkətləri incələnir. Testlər göstərdi ki, ayaqyalın gəzmiş uşaqlar qaçma, hündürlekdə gəzmə və tullanma zamanı balansı daha yaxşı qoruya bilirlər. daha çox 6-10 yaşlı uşaqlarda bu aktivlik müşahidə olunub. 


Uzağa qaçış təcrübəsində isə hər iki qurp eyni nəticə göstərib. Lakin afrikalı uşaqlar açıq havada ayaqyalın qaçış zamanı yüksək nəticə göstəriblər. 

Mütəxəssislər, bu araşdırma ilə valideynlərə uşaqlara evdə ayaqyalın gəzməyə daha çox imkan verilməsini məsləhət görür. Uşağın ayaqyalın gəzməsindən narahat olmaq lazım deyil, evdə, təbiətdə, daşda, qumluqda, ən müxtəlif səthlərdə uşağın ayaqyalın gəzməsini və ayaqların müxtəlif sərtliyə öyrəşməsini təmin etsələr pis olmaz.