20 yaş gənc görünmək üçün bu 5 qidadan uzaq durun!

  • 2024.05.30 17:54
  • 794 Baxış
20 yaş gənc görünmək üçün  bu 5 qidadan uzaq durun!
Hamının arzusu gənc və sağlam qalmaqdır. Ancaq fərqində olmadan hər gün təkrarladığınız bəzi yanlışlar yaşınızdan daha qoca görünməyinizə səbəb ola bilər. Aludəçisi olduğumuz bir çox qida dərini çox tez qocaldır.

Medicina.az xəbər verir ki, mütəxəssislər gəncliyin sirrini axtaranlara ilk növbədə orqanizmi tez qocaldan məhsulları həyatlarından çıxarmağı məsləhət görürlər.

Qocalmanı ən çox sürətləndirən 5 qida qrupu belə sıralanır:

1. Trans yağ ehtiva edən qidalar: qızartmalarda, qaymaqda, tort qarışıqlarında, biskvitlərdə və hazır satılan az qala hər şeydə trans yağ var. Tədqiqatlar göstərir ki, tərkibində trans yağ olan qidalar kanserogendir və dəri hüceyrələrinə zərər verən sərbəst radikallar əmələ gətirirlər. Bu, dəri xərçənginə səbəb ola biləcəyi kimi, qırışların meydana gəlməsini təşviq edir və elastikliyi də azaldır.

2. Şəkər tozu: şəkər dedikdə, ağlımıza ilk növbədə şirniyyatlar gəlir. Ancaq təkcə onları həyatımızdan çıxarmaqla təhlükə sovuşmur. Çünki ketçup, mayonez, hazır souslar, qurudulmuş ətlər belə şəkər ehtiva edir. Şəkər dərinin sağlam görünməsinə kömək edən antioksidantları azaldır.

3. Enerji içkiləri və qazlı içkilər: bu cür içkilərin tərkibində bol miqdarda şəkər və qida boyası elementləri var. Bu içkilər, həmçinin orqanizm üçün zərərli olan, böyrəklərə, ürəyə mənfi təsir edən, hətta infarkta səbəb olan fosfat ehtiva edirlər.

4. Alkoqol və kofein: bunlar bədəni susuzlaşdırır və böyrəkləri sistemdən artıq suyu çıxarmağa məcbur edir. Nəticədə dəri quruyur və qırışlar əmələ gəlir. Hüceyrə yenilənməsindən məsul olan antioksidant olan A vitamininin səviyyəsi də azalır.

5. Duz: souslarda, hətta çörəklərdə belə həddən artıq duz var. Xüsusilə hazır qidalar və restoran yeməkləri gündəlik qəbul etdiyiniz duz miqdarını siz fərqində olmadan yüksəldir. Duzun tərkibindəki natrium bədəninizin su qəbulunu azaldır, bu da bədəninizin susuzlaşmasına səbəb olur, nəticədə dərinizdə incə xəttlər əmələ gəlir.

Qeyd edək ki, bütün bu qidalar təkcə dəri sağlamlığı və gözəlliyi üçün deyil, bütün orqanizm üçün zərərlidir.


Aysel