30 may - Dağınıq Skleroz günü - Xəstəliyin əlamətləri

  • 2024.05.30 12:04
  • 688 Baxış
30 may - Dağınıq Skleroz günü   - Xəstəliyin əlamətləri
Bu gün mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günü kimi qeyd edilir.


Azərbaycanda 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.


"Medicina" xəbər verir ki, daha çox gənc və orta yaşda qadınların sinir xəstəliyi hesab edilən skleroz qəfil başlamır.

Dünyada tam müalicəsi mümkün olmayan ağır nevroloji xəstəliklərdən biri olan dağınıq skleroz çox zaman səhv diaqnoz olunur. Əslində xəstələrin problemi ayrı səbəblərdir.


Bunu Los –Anceles Universitetinin alimləri bildirib.

Onlar hesab edir ki, bu diaqnoz qoyulmuş xəstələrin çoxu yanlışlıqla üz-üzə qalıb və səhv müalicə alır.

Dağınıq Skleroz – autoimmun xəstəlik olub, immun sistemin öz sinir hüceyrələrinin mielin qatını dağıtmasıdır. Xəstəliyin simptomları insult, miqren və digər patologiyalarla oxşardır.


Elmi tədqiqatda 241 pasiyentin xəstəlik tarixçəsi incələnib. Alimlər 100 nəfərin diaqnozunun düzgünlüyünə şübhə ediblər.

Ciddi araşdırmalar göstərib ki, 22 nəfərdə ağır miqren digər patologiyalarla qarışıq, 15 nəfərdə isə fibromialgiya, 12nəfərdə psixosomatik pozuntu, 6 nəfərdə optik neyromielit diaqnozu imiş.


Pasiyentlərin 3-də biri 10 il idi ki, yanlış diaqnozla yaşayır və səhv müalicə alırdılar.

Halbuki 70%-də əvvəldən düzgün diaqnoz qoymaq mümkün idi.


Bu pasiyentlərin 4%-i hətta dağınıq sklerozun müalicəsi üçün yeni çıxan preparatların eksperimentlərində də iştirak ediblər.

Nəticədə 31% pasiyentdə səhv müalicənin nəticəsindən əlavə başqa patologiyalar yaranıb.


Alimlər yanlış diaqnoz səbəbindən müalicə alan xəstələrə xərclənən vəsaiti də hesablayıblar: 10 milyon dollar.

İnsanlar ağır xəstəlik üçün nəzərdə tutulan dərmanların əks təsirindən zərər görmüş, müalicədən isə heç bir effekt almamışdılar.


Ona görə alimlər dağınıq skleroz diaqnozu qoymazdan öncə düzgün differensasiyanı vacib sayır, lazım gələrsə davamlı müayinələr aparılıb, diaqnozda tələsməməyi tövsiyyə edir.

Aygün M