6 aylıq uşaq arabadan yıxılaraq öldü - Masallıda bədbəxt hadisə

  • 2024.09.09 17:34
  • 1231 Baxış
6 aylıq uşaq arabadan yıxılaraq öldü -  Masallıda bədbəxt hadisə
Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Medicina.az APA-ya istinadla xəbər verir ki, hadisə Masallı şəhəri Digah yaşayış massivində qeydə alınıb.


2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.