Azərbaycanda 1890-cı ildə doğulan uzunömürlü qadın açıqlandı

  • 2024.05.27 16:45
  • 1389 Baxış
Azərbaycanda  1890-cı ildə doğulan   uzunömürlü qadın açıqlandı


Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin adları açıqlanıb.

"Medicuna" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ən yaşlı seçiciləri yaşını açıqlayıb.

O bildirib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

Qeyd edək ki, əgər Lənkəranda yaşayan qadın real olaraq 1890-cı ildə doğulubsa, o zaman Ginnesin rekordlar kitabına düşə bilər.

Çünki dünyada bu yaşda yaşayan insan yoxdur.

MEDİCİNA.AZ