Azərbaycanda 41 yaşlı qadın qızdırmadan öldü

  • 2024.05.04 12:41
  • 784 Baxış
Azərbaycanda 41 yaşlı qadın  qızdırmadan öldü
Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.

Medicina.az report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.

1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.

Faktla bağlı araşdırma aparılır.