Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili Tibbi Yardımla bağlı 12 YENİLİK

  • 2024.10.18 15:57
  • 1996 Baxış
 Təcili Tibbi Yardımla bağlı 12 YENİLİK

17 oktyabr 2024-cü il tarixində TƏBİB-in rəhbər heyətinin, eləcə də media nümayəndələrinin iştirakı ilə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirilib.

Medicina.az brifinqin nəticəsi olaraq analizi təqdim edir.

TƏBİB - in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilərin təqdim etdiyi 2 illik proqram və plan üzrə təcili tibbi yardımda bu 12 yeniliyi gözləmək olar.



1. Təcili Tibbi Yardım mərkəzləşmiş birpəncərə sistemi ilə işləyəcək - Artıq respublika üzrə vahid mərkəz yaradılıb

2. Təcili Tibbi Yardım maşınlarının sayı artırılacaq və elektromobillər alınacaq. Bu maşınlarda xəstəyə birbaşa reanimasiya xidmətləri göstəriləcək.

3. Ölkə üzrə bütün təcili yardım stansiyalarının xəritəsi yaradılır

4. Bu sahə üzrə ən çox şikayətin qeydə alındığı Abşeron rayon ərazisi, əsasən Xırdalan və Masazırdakı problemlər həll edilir.

5. Müasir naviqasiya sistemi qurulur, daha xəstə və ya yaxını küçəyə çıxıb yolu başa salmayacaq, sürücü və ya həkim zəng vurub ünvanı soruşmayacaq. Sürücü naviqatorla dəqiq ünvana gələcək

6. 103-ə zəng mobil tətbiq üzərindən olacaq. Xəstə və ya yaxını səsli mesaj, video zəng edə biləcək. Beləliklə, həkim hələ yoldaykən ilkin yardım göstərmək imkanı əldə edəcək.

7. Ambulanslar onlayn izlənəcək, sürücü, həkimlər planşet, mobil telefonlarla sistemə bağlı olacaq.

8. Xəstə qəza olan yerdən, evdən zəng edən kimi sistem onun yerini müəyyən edəcək

9. Artıq xəstəni xərəkdə ailə üzvü, qohum-qonşu köməkləşib daşımayacaq, bunun üçün təcili tibbi yardıma əlavə qüvvə cəlb olunacaq. Daşınması asan mobil xərəklər olacaq və sürücülər də ilk tibbi yardımı göstərə biləcək.

10. Çağırış tarixçəsi sistemdə açılacaq, onlayn olacaq, orda dərhal xəstəyə olunan yardım, vəziyyəti, eləcə də əvvəıki müalicələri, xəstəxanada ediləcək bütün müalicələr daxil ediləcək və həkimlər üçün əlçatan olacaq.

11. TELETİBB yaradılacaq, təcili tibbi yardım və ya xəstəxanada acildə olan həkim daha ixtisaslı həkimlərlə videoəlaqə yaradıb məsləhət alacaq.

12. Keyfiyyətə nəzarət şöbəsi yaradılacaq, təcili tibbi yardımın işinə nəzarət, monitorinq olacaq, şikayətlər araşdırılacaq, vətəndaşlar təcili tibbi yardım və xəstəxana barədə qiymətini, rəyini bu sistemdə onlayn bildirəcək


Və ən əsası TƏCİLİ TİBBİ YARDIM BÜTÜN AZƏRBAYCANDA PULSUZDUR, PULSUZ DA QALACAQ. Hələ ki, qərar budur.


Aygün Musayeva
Medicina.az