Bakıda özəl klinika satışa çıxarıldı- Qiyməti

  • 2024.04.23 18:43
  • 947 Baxış
Bakıda özəl klinika satışa çıxarıldı - Qiyməti

Bakıxanov qəsəbəsində yerləşən məşhur "Nova Med" klinikasının avadanlıqlarının bir hissəsi satışa çıxarılıb.

"Medicina" xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, klinikanın şəriklərindən biri olan həkim-dermatoloq Qulu Əbülfəzov ona aid payı satır.

Satışa çıxarılan tibbi avadanlıqların ümumi dəyəri 490 000 manat təşkil edir.

Q.Əbülfəzov həm klinikanın baş həkimi, həm də qanuni təmsilçisidir.


Ümumilikdə isə "Nova Med" klinikasının yerləşdiyi 660 kvadrat metrlik sahəni əhatə edən üçmərtəbəli bina 6000 manata icarəyə verilir.

"Nova Med" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb.