Bakının bu klinikası - HIMSS beynəlxalq akkreditasiyasından keçdi

  • 2024.05.31 15:30
  • 564 Baxış
Bakının bu klinikası   - HIMSS beynəlxalq akkreditasiyasından keçdi

"Yeni Klinika"ya Romada HIMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təqdim olundu.

"Medicina" xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (Healthcare Information and Management Systems Society – HIMSS) tərəfindən İtaliya Respublikasının Roma şəhərində təşkil edilən “Avropa Sağlamlıq Konfransı və Sərgisi” çərçivəsində HIMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təşkilatın məsul şəxsləri tərəfindən təqdim olunub.

Təsisçilərdən beynəlxalq sertifikatı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul edib.

HIMSS sertifikatının ölkəmiz və tibb müəssisələri üçün əhəmiyyətindən danışan Vüqar Qurbanov qeyd edib ki, bu sertifikatın əldə olunması tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məlumatlarının konfidensiallığının etibarlı şəkildə qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.

MEDİCİNA.AZ