Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bazar və bayram günləri həkim çatışmazlığı ilə bağlı – TƏBİB-dən açıqlama

  • 2024.06.06 19:38
  • 1226 Baxış
Bazar və bayram günləri həkim çatışmazlığı ilə bağlı  – TƏBİB-dən açıqlama
Bazar və bayram günləri İTS sisteminin çalışmaması və dövlət xəstəxanalarında ağır xəstələri əməliyyat etməyə həkim tapılmaması məsələsi ilə bağlı TƏBİB –ə ünvanladığımız sorğuya rəsmi cavab verilib.


“Medicina”-nın sorğusuna cavab olaraq, TƏBİB həkimlərin qanunvericiliyə uyğun iş saatlarının necə tənzimlədiyini açıqlayıb.

“Qeyd etməliyik ki, Tibb işçilərinin iş qrafiki Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmək və fəaliyyət şərtlərinə , Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” təsdiq edilib.

Siyahıya əsasən ambulator-poliklinika müəssisələrində (poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə), doğum evləri və xəstəxanalarda ancaq xəstələrin ambulator qəbulu ilə məşğul olan həkimlərin, eləcə də həkim-stomatoloqların (stasionarlarda həkim-stomatoloq-cərrah istisna olmaqla), diş həkimi və diş həkimi-protezçinin iş saatı həftəlik 33 saat olaraq müəyyən olunub.

TƏBİB tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri, həmçinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bölmələrinin növbəlilik prinsipi əsasında çalışan əməkdaşları təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günlərində də fəaliyyət göstərirlər”.

Xatırladaq ki, bazar günü İTS sistemi ilə çalışan dövlət müəssisələrində böyrək stenti qoyacaq uroloq cərrahın tapılmaması barədə araşdırma dərc etmişdik.

Medicina.az