Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu xərçəngin ilk əlaməti əllərdə üzə çıxır: əgər belə görünürsə...

  • 2024.05.02 16:55
  • 1088 Baxış
Bu xərçəngin ilk əlaməti əllərdə üzə çıxır: əgər belə görünürsə...
Mütəxəssislər xərçəngin ölümcül növlərindən birinin ilk simptomunun əllərdə üzə çıxdığını bildirirlər.

Medicina.az xəbər verir ki, uzman Simon Ridley əllərdə görünən bir simptomun çox vaxt nəzərə alınmadığını, lakin leykemiyanın əlaməti ola biləcəyini qeyd edib.

Hər yaşda müşahidə oluna bilən xəstəlik olan leykemiya sümük iliyində leykosit adlanan qan hüceyrələrindən hər hansı birinin nəzarətsiz çoxalması nəticəsində yaranan xəstəlikdir. Hər bir tibbi vəziyyətdə olduğu kimi, leykemiyada da simptomların erkən tanınması müalicədə müvəffəqiyyət şansını artırır. Buna görə də ekspertlər ilk olaraq nələrə diqqət etməli olduğumuzu izah edirlər.

"Leykemiyanın ümumi xəbərdarlıq əlamətlərindən və simptomlarından biri göyərmədir", - Simon Ridley deyib.

Onun sözlərinə görə, göyərmələrin çox vaxt zədə nəticəsində yarandığı zənn edilir, lakin leykemiya səbəbiylə meydana gələn göyərmə növü bir qədər fərqlidir:

“Onlar "gözlənilməz yerlərdə" üzə çıxırlar. Məsələn, yetkin şəxslərin əllərində səbəbsiz yerə göyərmələrin olması şübhəli haldır. Digər tərəfdən, kiçik bir zərbə səbəbiylə bədəndə həddən artıq çox göyərmə və bunun sağalmasının gözləniləndən daha uzun çəkməsi də təhlükəli simptomdur”.

Müətəxəssis bildirib ki, leykemiya zamanı göyərmələr çox vaxt burun qanaması ilə müşayiət oluna bilir.

Onun Mütəxəssisin fikrincə, leykemiyanın digər əsas əlamətlərinə aşağıdakılar aiddir:

- Tükənmişlik hissi
- Qızdırma
- Təkrarlanan infeksiyalar

“Blood Cancer UK” isə xəstəliyin səbəbsiz çəki itkisinə və limfa düyünlərinin şişməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Hər hansı bir simptomla qarşılaşanların vaxt itirmədən həkimə müraciət etmələri tövsiyə edilib.


Aysel