Xəstəxanaya baş həkim təyin olundu - FOTO

  • 2024.05.24 11:43
  • 1045 Baxış
Xəstəxanaya  baş həkim təyin olundu - FOTO
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni təyinatlar olub.

Medicina.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.
Xəstəxanaya  baş həkim təyin olundu - FOTO