Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərini tez qocaldan vərdişlər

  • 2024.07.22 12:40
  • 1048 Baxış
Dərini tez qocaldan vərdişlər
Terapevt-dermatoloq, tibb elmləri namizədi İrina Baranova görünüşümüzə ən çox zərər verən qidaların adlarını açıqlayıb. O, həmçinin dərini qocaldan gündəlik vərdişlərdən də bəhs edib.

Medicina.az xəbər verir ki, həkim “Telegram” kanalında dərinin şirniyyatları və karbohidratları sevmədiyini bildirib.

Onun sözlərinə görə, gün ərzində tez-tez qəlyanaltı etmək və süd məhsullarına üstünlük vermək arzuolunmazdır. Çünki hər iki halda "insulin yüksəlir" və nəticədə dərinin vəziyyətinə mənfi təsir göstərir.

Mütəxəssis vurğulayıb ki, dəri daxili sağlamlığın təzahürüdür. Gənc və gözəl görünmək üçün ilk növbədə qidalanma düzgün olmalıdır.

“Kosmetikadan istifadəyə gəlincə, makiyaj, tonal kremlər, yəni uzun müddət dəridə qalan hər şey görünüşü korlayır. Bəzi insanlar hələ də yatmazdan əvvəl makiyajı təmizləmək qaydasına tamamilə laqeyd yanaşırlar. Bu dəriyə edə biləcəyiniz ən böyük pislikdir. Gecə üzünüzü yuyub-təmizləməmək ən pis vərdişdir”, - deyə İrina Baranova qeyd edib.

Bundan əlavə, həkim gözləri ovuşdurmaq və üzə tez-tez toxunmaq vərdişindən əl çəkməyi də tövsiyə edib.


Aysel