Duz istehlakını tamamilə dayandırsaq, dəridə nələr baş verər?

  • 2024.04.24 14:20
  • 564 Baxış
Duz istehlakını tamamilə dayandırsaq,  dəridə nələr baş verər?
Sağlam qidalanmağa qərar verdiyimiz zaman, duzu pəhrizimizdən tamamilə çıxarmalı olduğumuzla bağlı tövsiyələri tez-tez eşidirik.

Medicina.az xəbər verir ki, çox duz istehlak etməyin sağlamlığınız üçün zərərli olduğu doğru olsa da, kifayət qədər natrium almamaq orqanizmə mənfi təsir edə bilər.

Natrium bədən hüceyrələrində mayenin saxlanmasına cavabdeh olan mühüm elektrolitdir və onu həyatımızdan tamamilə çıxarmaq bir sıra fəsadlara gətirib çıxarır.

Duzdan tamamilə imtina etmək xüsusilə dəriyə təsir edir və aşağıdakı problemləri yaradır:


Arzuolunmaz tüklər və xallar artır

Gündəlik olaraq kifayət qədər natrium almadığınız zaman, bu, zamanla insulin müqavimətinə təsir edir və nəticələri ilk növbədə dəridə nəzərə çarpır.

Orqanizm insulinə yaxşı reaksiya vermədikdə arzuolunmaz tüklər və xallar arta, dəridə qızartılar yarana bilər.


Dəri quruyur

Üzünüzün daha incə, gənc və hamar görünməsini istəyirsinizsə, dərinizi nəm saxlamaq çox vacibdir. Duzu pəhrizinizdən tamamilə çıxarmaq əslində buna nail olmağınıza mane ola bilər, çünki orqanizm kifayət qədər natrium almadıqda bu, dehidrasiyaya bənzər simptomlara səbəb olur. Beləliklə, xüsusilə ağız, dodaqlar və göz ətrafında quruluq, eləcə də qırışlar yaranır.


Dəri elastikliyini itirir

Dərinizi parlaq və dolğun göstərən bahalı çox pul xərcləsəniz belə, kifayət qədər natrium almamaq bütün səylərinizin boşa getməsinə səbəb ola bilər. Bədəndə çox az natrium olması dərininin həcm və elastikliyini itirməsinə, həmçinin sallanmasına səbəb olur.



Aysel