Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

FHN-in keçmiş rəis müavini vəfat etdi

  • 2025.02.27 08:21
  • 503 Baxış
FHN-in keçmiş rəis müavini  vəfat etdi

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.

Medicina.az Teleqraf-a istinadən məlumat verir ki, təqaüddə olan 45 yaşlı mayor böyrək çatışmazlığından ölüb.

Mərhum Göygöl rayonunda torpağa tapşırılıb.