Gecəyarı qəfil yuxudan oyanmanın səbəbləri

  • 2024.04.30 21:37
  • 568 Baxış
Gecəyarı qəfil yuxudan oyanmanın  səbəbləri
Əgər insan gecəyarı qəfildən hər gün oyanıb, sonra yenidən yuxuya getməyə çalışırsa və buna görə rahat yatmırsa, bu reaktiv vəziyyət adlanır.


“Medicina” xəbər verir ki, somnoloq Vladimir Kovalzon bunun səbəblərini açıqlayıb.


“Gün ərzində baş verən hadisə, durum və stresin nəticəsində emosional həyəcandan reaktiv vəziyyət yaranır.


Bu problem varsa, aptekdən sadə yuxu və sakitləşdirici vasitələri yatmazdan öncə içməlisiz. Eləcə də gündüz emosional gərginlik dozasını azaltmaq lazımdır.

Yuxu gigiyenası və rejimini qaydaya salın: erkən yatın, hər gün eyni saatda yatağa girib səhər qalxın, günortalar yatmayın.

Gecəyarı oyanıb həmin vaxt dərman içmək olmaz.

Bu zaman sadəcə gəzin, su için və kitab oxuyun, sakit musiqi dinləyin.


Belə hallar daha çox yaşlı insanlar üçün xarakterikdir. Yaş artdıqca, yuxuya tələbat kəskin düşür, amma qocalar yenə axşam yerinə girib yatmağa çalışır.


Bu qocalmanın təbii prosesidir. Yaşlılar səhər 4ə artıq yuxudan doyur, oyanır və başa düşmür ki, niyə yuxusu gəlmir”.


Aygün