Hansı forma bədən xərçəng riski daşıyır?

  • 2024.05.16 19:16
  • 852 Baxış
Hansı forma bədən xərçəng riski daşıyır?

Bədən forması alma, armud və s. tiplərə bölünür. Mütəxəssislər hansı formanın onkoloji xəstəlik riski daşıdığını müəyyən edib.


“Medicina” xəbər verir ki, böyük beynəlxalq araşdırma qrupu elmi araşdırmanın nəticələrini elan ediblər.


Belə ki, “alma” formalı bədən tipində olanlar bağırsaq xərçəginə daha meyillidir.


Xüsusilə əgər bel hissədə piylənmə normanı keçibsə risk artır.

Belə ki, qarının ortası, mədənin altında mərkəzi piylənməm artdıqca, bədən alma formasını alır. Çox zaman bunu “pivə qarını” adlandırırlar.

Bel bud hissədə piylənmə isə “armud” forması yaradır.

Qarın piylənməsi bundan daha təhlükəlidir.

2016-cı ildə digər alimlər mərkəzi piylənmənin düz və yoğun bağırsaq xərçəngi ilə əlaqəsini sübut etmişdi.

Bu dəfə alimlər 330 min insanı əhatə edib.

Tədqiqat müddətində 3,5 min nəfərdə kolorektal xərçəng yaranıb.
Məlum olub ki, hündür boy, amma bədəni alma formasında olanlarda daha çox kolorektal xərçəng yaranıb.

Pivə qarnının olması genetik olaraq həzm sistemi problemlərinin olduğunu göstərir.


Genetik olaraq qarın bölgəsəl piylənməyə meyilli olanlarda da bu xərçəng riski yüksəkdir.

Aygün Musayeva